Azərbaycan dövləti tarixinin ən güclü dövrünü yaşayır- ÖZƏL
23 Sentyabr 2025 10:50 Siyasət"Bu gün Azərbaycan dövləti tarixinin ən güclü dövrünü yaşayır. Bu bir reallıqdır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi milli maraqlara söykənən siyasət sayəsində 30 il əsirlikdə qalan torpaqlarımız azadlığa, əsl sahiblərinə qovuşdu. Verdiyi bütün vədlərə sadiq qalan Prezident cənab İlham Əliyev xalqımızın ən müqəddəs arzusunu reallığa çevirdi, Qarabağ münaqişəsinə birdəfəlik son verdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Ali Baş Komandan İlham Əliyev tez-tez işğaldan azad olunmuş bölgələrə səfər edərək tikilib başa çatmışyaşayış məntəqələrinin, müəssisələrin açılışlarını edir, yeni kəndlər və şəhərlərin bünövrəsini qoyur, doğma ocaqlarına dönmüş sakinlərlə söhbət edir, onların ürək sözlərini dinləyir.
Qürurverici haldır ki, dövlətimizin başçısının sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etməsi qədirbilən xalqımız tərəfindən böyük maraqla qarşılandı. Ölkə başçımız səfər çərçivəsində Qarabağ Universitetinin Klinikasının binasında yaradılmış şəraitləyaxından tanış olması yeni Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış çox mühüm bir addım olduğunu təsdiq edir. Öz növbəsində, yeni yaradılmış klinikada keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcəyindən xəbər verir".