Şəhid ailələri və qazilərimiz daim dövlətimizin xüsusi himayəsindədir- ÖZƏL

"Ölkəmizdə şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələri, həmçinin sağlamlığını itirərək qəhrəmanlıq göstərən qazilərimiz daim dövlətimizin xüsusi himayəsindədir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası sayəsində bu sahədə çox mühüm işlər görülür. Mənzil və avtomobil təminatı, sosial müdafiə tədbirləri, sağlamlıqlarının bərpası və məşğulluq məsələləri onların rifahına yönəlmiş addımların yalnız bir hissəsidir.
Ötən il biz Vətən müharibəsi qazisi, birinci qrup əlil Əzizov Rəvanın evində olduq, sosial rifahı və həyat şəraiti ilə bağlı məsələləri müzakirə etdik, bir sıra müraciətlərini icraata götürdük. Həmçinin onun sağlamlığı ilə bağlı böyük ümidlərim var idi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Vətən müharibəsi qazisi Rəvanın sağlamlığı və həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm təşəbbüslər göstərmişdir. Leyla xanımın bu səyləri sayəsində Rəvan balamızın sağlamlıq vəziyyəti və gündəlik həyat şəraiti bu gün istəklərinə uyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31