Vergi Məcəlləsinə tez-tez dəyişikliklərin edilməsi yaxşı hal deyil-Deputat

"Ölkəmizdə iqtisadi artım templərinin yaşamağa başladığımız yeni mərhələnin tələbləri səviyyəsinə qaldırmaqdan ötrü islahatlara ehtiyac var. Bu, ilk növbədə müasir tələblərə cavab verən yeni qanunların qəbul edilməsi, eləcə də mövcud qanunların təkmilləşdirilməsini tələb edir. Bu baxımdan yeni Vergi Məcəlləsinin qəbul edilməsi çox vacibdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib: "Vergi Məcəlləsinin qəbul edildiyi vaxtdan 25 ildən çox vaxt keçir. Həmin  müddət ərzində bu Məcəlləyə onun maddələrindən qat-qat artıq sayda dəyişiklik edilib. Hazırda  bu sahədə qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırmaqdan ötrü  bu Məcəllədə dəyişikliklərin edilməsinin davam etdirilməsi əvəzinə yeni Vergi Məcəlləsinin qəbul edilməsi daha məqbul variantdir. Vergi Məcəlləsinə tez-tez dəyişikliklərin edilmsi yaxşı hal deyil, bu, investorları, xüsusən də xarici investorları  çəkindirir. Ona görə təklif edirik ki, yeni bir Vergi Məcəlləsi qəbul edilsin. Bununla yanaşı Büdcə və Bank Məcəllələrinin də qəbul edilməsinə ehtiyac var". 
 Millət vəkili deyib ki, digər istiqamtlərdə də qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var: "Məsələn, iqlim dəyişiklikləri iqtisadiyyata, xüsusən də kənd təsərrüfatına  ciddi təsir edir. Araşdırmalar göstərir ki, orta müddətə hər il  kənd təsərrüfatına 500 milyon manat  yönəldilib, ondan səmərəli istifadə etməklə, 5-6 ildən sonra  12 əsas məhsul növü üzrə 5-7%-ə qədər artıma nail olmaq olar. Neçə illərdir hər il kənd təsərrüfatına yönəldilən vəsait həmin məbləği üstələyib, amma xeylı vaxtdır hər il orta hesabla 3 faiz ətrafında artım olub. Bu ilin 8 ayının göstəricilərinə görə isə kənd təsrrüfatında 1 faizə yaxın enmə müşahidə olunub. Bu fakt aqrar sahədə  islahatlar kontekstində  kənd təsərrüfatına  diqqətin artırılmasını, bu sahənin tənzimlənməsinin hüquqi bazasının təkmilləşdirilməsini tələb edir. Bu yöndə həlli vacib olan məsələlərdən biri iqlim dəyişikliklərinin  fermerlərə vurduğu ziyanın kompensasiyasını gücləndirməkdən ötrü quraqlığın təbii fəlakətlər  sırasına daxil edilməsi və  bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliyin  edilməsidir. Quraqlığın təbii fəlakətlər  sırasına daxil edilməsi və  bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliyin  edilməsi fermerlərin məruz qaldığı maliyyə itkilərinin aradan qaldırılmasında və deməli nğvbəti ildə öz fəaliyyətinin davam etdirməsinə real şərait  yarada bilər. 
        Hər bir ölkənin inkişafında  iqtisadi artım templərinin səviyyəsi və davamlılığı mühüm rol oynayır. Son vaxtlar ölkəmizdə  iqtisadi artım templərinin səviyyəsi xeyli aşağı düşüb. Əgər ötən ilin səkkiz ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 4 faizdən çox artmışdısa bu il cəmi 1 faiz artım olub. Heft hasilatının aşağı düşməsi həmin sahənin maliyyə və digər göstəricilərini pisləşdirməklə yanaşı, həm də ölkəmizin ümumi artım tempinə də mənfi təsir göstərir. Bunun neft sahəsindəki azalmalarla bağlı olan hissəsi məlun... Bəs qeyri neft ÜDM-də artım tempi niyə bu qədər aşağı düşüb? Əgər  2024-cü ilin 8 ayında 2023-cü ilin müvafiq dövrü ilə müqatisədə  qeyri neft-qaz ÜDM-i 7 faiz artmışdısa, bu ilin müvafiq dövründə bu artım 2,6 faiz  təşkil edib. Sənayedə də buna oxşaq vəziyyətdir.  Keçən ilin avqustuna  qeyri neft-qaz sənayesi  8 faizə yaxın artmışdısa,bu ilin müvafiq dövründə bu artım 4,8 faiz təşkil edib.Ona görə də aidiyyatı qurumların iştirakı ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində həm kənd təsərrüfatı həm də sənaye üzrə bu sahələrin problem və perspektivlərə həsr olunmış bir dinləmənin keçirilməsini vacib hesab edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31