Vaşinqton görüşündə nələr gözlənilir- ÖZƏL

"ABŞ Prezidenti Donald Trampın təklifi ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda üçtərəfli görüşü olacaq. Düşünürəm ki, Donald Tramp çaışır ki, müəyyən bir sülh sənədinə imza atılsın, Cənubi Qafqazda irəliləyişə nail olunsun". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Tramp özünü bəşəriyyətə sülhpərvər kimi təqdim etmək istəyir: "Tramp həmçinin Zəngəzur dəhlizinin də açılmasına nail olmaq istəyir. Düşünürəm ki, bu görüşdə Zəngəzur dəhlizinin açılması məsələsi əsas müzakirə predmeti olacaq. Ola bilər ki, sülh istiqamətində də ciddi irəliləyişi müəyyən edən sənəd imzalansın. Bütün hallarda belə bir görüşün baş tutması müsbət haldır.
Təbii ki, ortada Azərbaycan tərəfinin Konstutisiyanın dəyişdirilməsi və Minsk qrupunun buraxılması kimi istəyi var. Amma Zəngəzur dəhlizi açılarsa, Ermənistan buna razılıq verərsə, yekun sülh müqaviləsinin bağlanması təbii ki, baş tutacaq. Lakin bunun iki gündən sonra  Ağ Evdə imzalanacağını düşünmürəm. Ümumilikdə isə sülh istiqamətində hansısa mimerandum imzalana bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31