Belə getsə, Adam Şiffin də həbsi qaçılmaz olacaq- ÖZƏL
6 Avqust 12:24 Siyasət"ABŞ-nin Merilend ştatının prokurorluğu haradasa yarım ay öncə Prezident Trampın oğru və dələduz adlandırdığı senator Adam Şiffə qarşı cinayət işi qaldırıb. Belə getsə, əqidədaşı, digər daşnak muzdlusu Robert Menendez kimi onun da həbsi qaçılmazdır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Vaşinqton bataqlığı"ndakıların bu təmsilçiləri əslində həm də Daşnakstyun yaradılan ilk gündən onu qanadı altına alan ölkənin kəşfiyyatına xidmət edirlər.
ABŞ-nin Azərbaycanda səfiri olmuş Metyi Brayza bir dəfə açıq şəkildə bildirmişdi ki, Menendezi və hay koksundakı digər ünsürləri yemləyən daşnak yığnağı, yəni ANCA Rusiya kəşfiyyatına sıx bağlı bir qurumdur.
Demək, menendezlərin, şifflərin məsuliyyətə cəlb edilmələri təkcə ABŞ-də dələduzluğun, vergidən yayınmanın, korrupsiyanın qarşısının alınması yönündə atılan addım deyil, bizim regionda sülh işinə kiçicik töhfə də sayılmalıdır".