Tramp-Əliyev-Paşinyan görüşünün yeni DETALLARI

Avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilməsi gözlənilən görüşün bəzi detalları məlum olub. 

İrəvandan Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA

 Olaylar.az xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə, Tramp əvvəlcə liderlərlə təkbətək görüşəcək.  
İlk olaraq, Bakı vaxtı ilə saat 22:30-da Nikol Paşinyanla bir araya gələcək. Azərbaycan Prezidenti ilə görüşü saat 23:20-də başlayacaq. Müzakirə 40 dəqiqə davam edəcək. Yekun olaraq isə iki liderlə birlikdə mətbuata bəyanatla çıxış edəcəklər.
Qeyd edək ki, Nikol Paşinyan artıq ABŞ-a yola düşüb. Gün ərzində Prezident İlham Əliyevin də səfərə başlaması gözlənilir. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31