Azərbaycanın müdafiə qabiliyyəti daha da möhkəmləndirilir- ÖZƏL

"Dövlət müstəqilliyimizin, milli maraqlarımızın keşiyində dayanan qəhrəman dənizçilərimiz hər zaman Vətənə sədaqət, yüksək peşəkarlıq və fədakarlıq nümunəsi göstəriblər". "Olaylar" xəbər veiri ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib: "Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Hərbi Donanmamızın maddi-texniki bazasının gücləndirilməsi, müasir silahlarla təchiz olunması və kadr hazırlığı sahəsində atılan addımlar Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət edir. 
Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrimizin şəxsi heyyəti döyüş meydanında yüksək peşəkarlıq nümayiş etdirmiş və torpaqlarımızın azad olunmasında misilsiz xidmətlər göstərmişdir.  Eyni zamanda, Xəzər dənizində ölkəmizin enerji infrastrukturunun qorunması istiqamətində Hərbi Dəniz Qüvvələrimiz həlledici rola malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31