Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… – Xaçikyandan ŞOK
10:08 SiyasətAzərbaycan mənbələrinin məlumatına görə, Tramp cümə günü Ağ Evdə Paşinyanı və Əliyevi qəbul edəcək. Ermənistan hökuməti bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Olaylar.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan "168"ə müsahibəsində danışıb.
O iddia edib ki, İrəvan "Zəngəzur dəhlizi"ni artıq təhvil verib:
"Paşinyan Vaşinqtona gedəcək və çox güman ki, hansısa sazişi imzalayacaqlar, nə ilə bağlı razılaşdıqlarını sonra öyrənəcəyik. Biz azərbaycanlılardan öyrənəcəyik, çünki bu qrup (Paşinyan klanı) 7 ildir bizi aldadır. Çox güman ki, o dəhlizi hansısa özəl şirkətə təhvil verəcəklər, xaricdə öyrəndikləri sözləri təkrarlayacaqlar".
Xaçikyanın sözlərinə görə, həmin özəl şirkətİsrail lobbisinin köməyi ilə Türkiyə və Azərbaycanın əlinə keçəcək:
"Yəni biz Süniklə (Zəngəzur - red.) vidalaşırıq... Bir neçə gündən sonra İranla sərhədimizi verib blokadaya düşəcəyik. Amma bizimkilər özünü elə aparır ki, guya Sünik onlara lazım deyil". (Globalinfo)