Yaxın Şərq, Cənubi Qafqaz, Orta Asiya, Rusiya-Ukrayna müharibəsi, Ruisya-Qazaxıstan gərginliyi, ABŞ-Hindistan gərginliyi- ÖZƏL
19:27 Siyasət"Rusiya Cənubi Qafqazda nüfuzunu itirməsi reallığı ilə barışmaq istəmir. Rusiya Orta Asiyada da nüfuzunu itirdiyini, nəticədə Orta Koridordan tamamilə kənarda qaldığını anladıqca nələrisə geri qaytarmaq ümidindədir".
Olaylar xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Rusiyanın son aylarda Ukraynada qazandığı 600 kvadrat kilometrə yaxın ərazilər üçün ödədiyi maliyyə, nüfuz, canlı qüvvə və iqtisadi itkilər çox yüksəkdir;
- Türkiyə mətbuatında Fələstin əsas gündəm mövzularından biri olsa da Fələstin mətbuatında eyni qarşılıq, doğmalıq, təəssübkeşlik, təşəkkürdən daha çox Türkiyəyə qarşı laqeydlik, bir çox hallarda isə Türkiyənin köməyinə ehtiyacımız yoxdur kimi ritorikalar var. Fələstin mətbuatında ölkəmizə də qarşı münasibət məhz ermənilərə görə soyuqdur;
- Əl-Cəzirə və bir neçə kanal istisna olmaqla ərəb mətbuatında da Fələstin məsələsi daha praqmatik yanaşmalarla təhlil olunur;
- Misir, Livan, İordaniya Fələstindən olan qaçqınları qəbul etməkdə həvəsli görünmürlər (bunun səbəbləri var və bu səbəblər haqqında İsrail sərhəddində 7 oktyabr hadisələrindən bir neçə gün sonra "Qara Sentyabr" ilə bağlı yazdığım məqalədə geniş bəhs etmişdim);
- Rusiyanın Orta Asiya və Cənubi Qafqaza, xüsusilə Azərbaycana qarşı sərt ritorikası və aqressiyası Orta Dəhlizdən tamamilə kənarda qalması (son ümid Zəngəzur Dəhlizi idi ki, burada da ABŞ-nin nəzarəti məsələsi ortaya çıxdı) və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin səmərəli qarşılıqlı əlaqələrinin güclənməsi və bu Təşkilatın fəaliyyətinin genişlənməsidir;
- Rusiyanın bu qədər aressiyasının səbəblərindən biri də Türkiyənin diqqətini daxili məsələlərinə, xarici siyasətdə isə daha çox Fələstin məsələsinə yönəltməsidir. Baxmayaraq ki, Fələstinin qeyd etdiyim kimi Türkiyəyə münasibəti nəinki isti deyil, hətta Türkiyəyə qarşı uyğunsuz ifadə və bəyanatlar da eşidilməkdədir;
- Türkiyənin qarşılıqsız Fələstin siyasəti Suriya, Ukrayna, Orta Asiya siyasətlərində daha səmərəli nəticələrin əldə olunmasına müəyyən dərəcədə mane olur;
- Rusiya üçün Çin və Hindistan neft bazarlarının itirilməsi taleyüklü məsələdir və burada Rusiya ciddi mücadilə verəcək. Hətta bu mücadilə zamanı Qazaxıstan və Cənubi Qafqaza (xüsusilə Azərbaycan) qarşı aqressiv hərəkətlər edəcəyi ilə bağlı mesajlar verərək ABŞ və Avropaya qarşı şantaja cəhd edəcək;
- Suriyada yeni hökumətin hakimiyyətə gəlməsində rol oynamış ölkələrdən biri də İsrail olmuşdur. Lakin hazırda İsrail öz gözləntilərinin bir hissəsinin doğrulmamasına görə narahatdır. Suriyada radikal dini dövlətin qurulması və nüfuz dairələri məsələsində dövlətlər arasında balansın pozulması və bir neçə məsələ İsrail üçün strateji təhlükəsizlik məsələsində qırmızı xətlərdən biridir;
- Türkiyə öz diqqətini daha çox Rusiya-Ukrayna, Cənubi Qafqaz və Orta Asiyaya doğru yönəldərək buralarda siyasətlərini daha da aktivləşdirəcək (bu proqnozdan daha çox məqsədəuyğun ola biləcək yüksək ehtimaldır);
- Suriya məsələsinin həll yolu ABŞ-İsrail-Türkiyə-Suriya dördbucağında hər bir tərəfin qayğıları və gözləntilərinin ortaq nöqtəsinin tapılmasıdır;
- yaxın dövrlərdə geosiyasi gərginliyin Rusiya-Ukrayna müharibəsi daxil olmaqla Rusiya tərəfindən daha da artacağı ehtimalı yüksəkdir!
- Çin isə hərdən müəyyən sərt bəyanatlar bersə də öz praqmatik siyasəti və gözləmə mövqeyini sərgiləməkdə davam edəcək.
Alim Hüseynli