Xalq isə artıq öz milli ideologiyası ətrafında birləşib- ÖZƏL

"Bu gün dünya bir-birinə qarışıb. Qafqazda regiondan kənar qüvvələrin aktivləşməsi, Rusiya-Ukrayna müharibəsi, NATO-nun və digər ölkələrin bu müharibədəki maraqları, Yaxın Şərq problemi, İsrail-İran münasibətləri və bizim Rusiya ilə son zamanlar soyuqlaşan münasibətlərimiz. Bütün bunların nədən və niyə yarandığını yalnız siyasi biliklərə malik olan insanlar anlayır. İstənilən siyasətçi dövlət tərbiyəsi görmüş, Vətənə sevgisi olan bir şəxs olaraq öz maraqlarını milli maraqlarla uzlaşdıraraq, xidmətlərini bu çərçivədə həyata keçirməlidir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Ramil Hüseynov deyib: Bu xalq isə artıq öz milli ideologiyası ətrafında birləşir, milli birliyini möhkəmləndirir və etimadını - böyük düşüncəyə malik, uzaqgörən siyasət xadiminə göstərir. Bu günün reallıqlarını həm bizim, həm də dünyanın qəbul etdiyi reallıqları şəhidlərimiz, qazilərimiz, ümumilikdə xalqımız və dövlətçilik prinsiplərimizi, maraqlarımızı qoruyub saxlayan, inkişaf etdirən, möhkəmləndirən siyasi strategiyanı yazan Cənab Prezident  İlham Əliyevdir. Bu "siyasi böcəklərin" qidalandığı mənbə bəllidir. Onların çıxardıqları səslər də məhz bu qidalanmadan əmələ gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31