Ümidim odur ki, Yaxın Şərqdə sülh hökm sürəcək – Corc Dik
23 İyul 14:34 Siyasətİsrail səfiri kimi diplomatik missiyamın bitməsi münasibətilə bu gün vida görüşü üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmək şərəfinə nail oldum.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail səfiri Corc Dik özünün "X" hesabında bildirib.
Səfir son 6 ildəki əməkdaşlıq, etimad və dostluq üçün nazirə və XİN-ə minnətdarlıq edib.
Diplomat qeyd edib ki, səfir kimi fəaliyyət göstərdiyi dövrdə ən mühüm məqam 2023-cü ildə İsraildə Azərbaycan səfirliyinin açılması olub.
"Bu bizim tərəfdaşlığımızın dərinləşdiyini göstərən tarixi bir addım idi. Buradan gedərkən özümlə sadəcə xatirələr yox, həm də ümid aparıram. Ümidim odur ki, əlaqələrimiz genişlənməyə davam edəcək və sülh Yaxın Şərqdə, Cənubi Qafqazda və digər yerlərdə hökm sürəcək", - səfir vurğulayıb.