Şalva Papuaşvili: Gürcüstan Qərb kursuna sadiqdir və yeni səhifə açmağa hazırdır – ÖZƏL
14:40 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yaydığı bəyanatda bildirib ki, ölkə Qərb istiqamətində qalır, 30 illik strateji tərəfdaşlığa sadiqdir və yeni səhifə açmağa hazırdır.
O qeyd edib ki, beynəlxalq vəziyyətin dəyişməsi fonunda Gürcüstan hakimiyyəti tərəfdaş-opponentlərə öz ədalətli və milli maraqlara əsaslanan tələbləri ilə hesablaşmağa məcbur edib. Papuaşvili vurğulayıb ki, Gürcüstanı təcrid etmək və sanksiyalarla qorxutmaq cəhdləri nəticəsiz qalıb.
Onun sözlərinə görə, ölkə daxili siyasi proseslərdə xarici təsirlərin qarşısı alınmalı və yerli seçkilərdə xalq belə qüvvələrə münasibətini göstərməlidir.
Papuaşvili əlavə edib ki, Gürcüstanın müstəqilliyinin möhkəmlənməsi üçün əsas mərhələ bu ilin payızında keçiriləcək bələdiyyə seçkiləri olacaq.