BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edir- Vladanka Andreyeva
13:51 SiyasətBMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edir.
Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Qlobal Cənub QHT platformasının Bakıda keçirilən "Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.
"Burada, Qlobal Cənub QHT platformasının təsis olunmasında iştirak etmək mənim üçün böyük şərəfdir.
Biz 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT çərçivəsində vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edirik.
Ona görə də vətəndaş cəmiyyətinin səsinin eşidilməsi vacibdir ki, onların da müxtəlif tərəfdaşlarla əməkdaşlıq üçün məkanı və danışıqlar masasının arxasında yeri olsun. Bu forum konkret olaraq bu məsələdə kömək olacaq", - deyə o bildirib.
V.Andreyeva, eyni zamanda, DİM nail olmaq üçün həmrəyliyin və ümumi məsuliyyətin vacibiliyini qeyd edib.