Azərbaycanın Qlobal liderliyə doğru addımı: Qlobal Cənub QHT Platforması– ÖZƏL

"Qlobal Cənub QHT Platformasının qurulması  Azərbaycanın daha bir sahədə mövqelərinin möhkəmlənməsi deməkdir.
Azərbaycan müxtəlif məsələlərdə dünyanın gündəmini müəyyən etməkdədir. Bir tərəfdən  Fransa müstəmləkəçiliyindən əziyyət çəkənlərin tribunasına çevrilmişdir, digər tərəfdən isə hazırda sıxıntılar yaşayan Avropa Birliyinin və Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində ön sıralarda gedir".

Bu fikirləri siyasi şərhçi  Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatına bir müddət rəhbərlik etməklə, faktiki olaraq ölü vəziyyətdə olan bir qurumu dirçəldərək dünya gündəminin ön sırasına çəkə bildi.
Həmçinin, COVID-19 pandemiyası dövründə, xüsusilə də kasıb və imkansız xalqlar üçün ümid yerinə çevrildi və təbii ki, bu kimi sadalaya biləcəyimiz çoxlu məqamlar var ki, Azərbaycan həmin məsələlərdə önə çıxıb və çıxmaqda davam edir.

Bakıda hazırda keçirilən təsis toplantısı - Qlobal Cənub QHT platforması - da bu kontekstdə dəyərləndirilə bilər.
Yəni, bu sahədə də Azərbaycan önə çıxır, məsuliyyətin altına girir və dünyanın bu bölgəsində vətəndaş cəmiyyəti vasitəsilə millətlər, xalqlar, dövlətlər arasında münasibətlərin daha yaxşı qurulmasına töhfə verməyə çalışır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31