Ölkəmizdə qadın və uşaq əməyinin təhlükəsizliyi hər zaman diqqət mərkəzindədir - Bahar Muradova

Ölkəmizdə qadın və uşaq əməyinin təhlükəsizliyi, işçi hüquqlarının təminatı hər zaman diqqət mərkəzində olan məsələdir.

Bunu Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Bu məsələ dövlətin, vətəndaş cəmiyyətinin və beynəlxalq qurumların fəaliyyət gündəliyinin əsas istiqamətlərindən biridir. O cümlədən, ölkədəki bütün hakimiyyət qanadları - məhkəmə, icra və qanunverici orqanlar daha rahat, asan və təhlükəsiz olması üçün lazım olan çərçivələri - hüquqi çərçivələri, iqtisadi-sosial imkanları və effektiv mexanizmləri yaratmaqdadırlar", - deyə B.Muradova əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31