Şalva Papuashvili: Radikal müxalifətin boykotu onun özünə zərər verib – ÖZƏL
12:33 SiyasətGürcüstan parlamentinin sədri Şalva Papuashvili sosial şəbəkədə paylaşım edərək bildirib ki, radikal müxalifətin elan etdiyi boykot, əgər kiməsə zərər veribsə və siyasi məhvə gətirib çıxarıbsa, bu yalnız radikal müxalifətin özünə təsir edib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, 26 oktyabr 2024-cü il parlament seçkilərindən altı ay sonra "Gürcü Arzusu" cəmiyyətdə qələbəyə inamı bərpa edib, yalnız öz seçicilərinə deyil, müxalifət elektoratına da göstərib ki, partiya yalnız Gürcüstana və onun milli maraqlarına xidmət edir.
"26 oktyabr 2024-cü il parlament seçkilərindən sonra 6 ay keçib. Səbirsizliklə uğursuzluq gözləyən skeptiklərin və bədxahların əksinə olaraq, Gürcüstanın XI çağırış parlamenti üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirir. Radikal müxalifətin elan etdiyi boykot isə əgər kiməsə zərər veribsə, bu sadəcə onların özlərinə qarşı olub. Gürcüstan və onun vətəndaşları isə bu müddət ərzində çox vacib bir dərs aldı ki, bunu düzgün nəticə çıxararaq dərk etmək lazımdır. Tarixi unutmağa və onu öz gündəmlərinə uyğunlaşdırmağa çalışanlara belə bir imkan verilməyəcək," - deyə Papuashvili qeyd edib.