Azərbaycan birmənalı şəkildə “Vahid Çin” siyasətini müdafiə edir- ÖZƏL
10:43 Siyasət"Cənab Prezidentimiz İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalında aprelin 25-də yayımlanan müsahibəsində həm ikitərəfli, həm də beynəlxalq münasibətlər baxımından bir sıra prinsipial məsələləri bəyan edib". "Olaylar" xəbər veri ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "İki ölkə arasında münasibətlərin kökləri dərindir. Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatda Azərbaycan və Çinin milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirdikləri, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədikləri yazılıb. Azərbaycan Çin üçün ağrılı olan "Tayvan məsələsi"ndə birmənalı şəkildə "Vahid Çin" siyasətini müdafiə edir. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında Azərbaycan da olub. Azərbaycan dövləti Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyir. Ticarət-iqtisadi əməkdaşlıq inkişaf edir.
Müsahibədə jurnalistin armudu stəkanda Azərbaycan çayını içməsi, masanın üstündə limonun və Kəlbəcərin İstisuyunun olmasının və cənab Prezidentimizin söylədikləri bu məhsulların ən güclü təbliğatı oldu. İndiyədək diplomatiya tariximizdə belə bir şeyə rast gəlinməyib.Azərbaycanın çinli turistlər üçün viza rejimini ləğv etməsi demokratiyadan, açıqlıqdan danışan, lakin digər ölkələrin vətəndaşlarına müxtəlif bəhanələrlə viza verməyən bir sıra ölkələrə örnək ola bilər.
Dövlət başçımızın müsahibəsi yaxın illərdə təhsil sahəsində əməkdaşlığın genişləndiriləcəyindən, Avropa ilə Asiyanı birləşdirən, Şimal və Cənub arasında, Mərkəzi Asiya və Qərbi Çin üçün çox vacib strateji coğrafiyada yerləşən, mühüm birləşmə nöqtəsi olan, iki nəqliyyat dəhlizinin keçdiyi Azərbaycanın dünya siyasətində rolunun daha da artacağından xəbər verir".