Bakı Qlobal həmrəyliyin yeni mərkəzinə çevrilib- ÖZƏL
28 Aprel 10:29 Siyasət"28-29 aprel 2025-ci il tarixlərində Bakı şəhərində Qlobal Cənub QHT Platformasının təsis konfransı öz işinə başlamışdır. Bu mötəbər tədbir Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarını təmsil edən qurumları bir araya gətirməklə, beynəlxalq münasibətlərdə ədalət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan yeni əməkdaşlıq arxitekturasının əsasını qoyur". "Olaylar" xəbər verir ki, bunu Konstitusiya Arashdirmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib: "Azərbaycan Respublikası qlobal təşəbbüslərin mərkəzində dayanaraq, humanist dəyərlərin, beynəlxalq hüququn prinsiplərinin və tarazlı inkişaf ideallarının təşviqinə töhfəsini davam etdirir. Bakı bu gün sadəcə bir coğrafi məkan deyil - o, insan ləyaqəti və qlobal həmrəylik naminə yüksələn çağırışın rəmzinə çevrilmişdir".