İsrail-Azərbaycan əlaqələri yeni dövrə qədəm qoyur- ÖZƏL 

"Netanyahunun Azərbaycana səfəri İsrail-Azərbaycan münasibətlərinin inkişafına xidmət edəcəkdir. Bundan öncə uzun illər əvvəl Netanyahuchr("39")nun ölkəmizə səfəri reallaşmışdı. Bu, İsrail-Azərbaycan münasibətlərində yeni bir mərhələ başlanğıcı oldu". 
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında qeyd edib. Siyasi şərhçi İsrail-Azərbaycan əlaqələrinin yeni dövrə qədəm qoyduğunu bildirib:

"Siyasi, enerji və hərbi texniki sahələrdə əməkdaşlıq üçün çox yaxşı perspektivlər meydana gəldi. Aprel döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatları göstərdi ki, İsrail-Azərbaycan arasında olan hərbi sahədə əməkdaşlıq ölkəmizə çox müsbət töhfələr verir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərqərar olunmasında İsrail istehsalı olan silah-sursat və texnikaların müstəsna əhəmiyyəti olmuşdur.
Hazırki səfər də Bakı və Təl-Əviv arasındakı münasibətlərin inkişafına təkan verəcək və hesab edirəm ki, burada bu səfəri yaxından izləyən dövlətlərin heç bir sualı yaranmayacaq. Çünki bu, dövlətlərin milli maraqları əsasında formalaşan pragmatik siyasətin nəticəsidir. Həm də balanslaşdırılmış siyasi kursun bir göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusilə bizim Qardaş Türkiyə ilə mütəfiqlik münasibətlərimiz vardır və bizim bütün güc mərkəzləri ilə bərabər hüquqlu, qarşılıqlı və faydalı əməkdaşlığa söykənən münasibətlərimiz mövcuddur və bu münasibətlər heç bir sual doğurmur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31