Konstitusiyamızın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir- ÖZƏL
17:21 Siyasət"Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub". "Olaylar" xəbər verir ki, bunu YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib: "Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu sənədin tarixi və siyasi əhəmiyyətinə verilən yüksək dəyərin təzahürüdür".