Azərbaycan qlobal güc balansında öz sözünü deyən aktora çevirib- ÖZƏL

"Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və balanslı siyasəti nəticəsində Azərbaycan artıq regionun deyil, dünyanın diqqət mərkəzində dayanan, sözün əsl mənasında strateji oyunçuya çevrilib. Çin kimi nəhəng bir dövlətin rəhbərinin Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirməsi isə bu uğurun göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Ən önəmlisi isə bu görüşün arxasında dayanan dostluq ruhudur. Prezident İlham Əliyevlə Si Cinpin arasında yaranmış qarşılıqlı hörmət və inam, xalqlar arasında daha sıx münasibətlərin qurulmasına yol açır. Bu, yalnız iqtisadi maraqlarla deyil, həm də ortaq gələcəyə olan inamla möhkəmlənir. Bugünkü Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyan, eyni zamanda dünya ilə əməkdaşlığa açıq olan bir dövlətdir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu getdikcə gücləndirir, onu qlobal güc balansında öz sözünü deyən aktora çevirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31