İranla münasibətlər normallaşır?- ÖZƏL
17:02 Siyasət"Azərbaycanın milli xarici siyasəti həmişə bölgədə və dünyada stabilliyi, sülhü və əmin-amanlığı təmin etməyə yönəlmişdir. Biz bunu həm regional siyasətimizdə, həm də dünya dövlətləri ilə əlaqələrimizdə əsas prinsip olaraq tətbiq edirik".
Bu fikirləri politoloq Turab Rzayev Olaylar.az-a açıqlamasında söyləyib:
"Bu prinsipə əsasən, biz hər zaman ölkələr arasında münasibətləri qarşılıqlı faydalı, iqtisadi və siyasi cəhətdən mənfəətli etmək məqsədini güdürük.
Biz İrana dəfələrlə demişik ki, ortaq iqtisadi layihələr, siyasi layihələr və sərhəd layihələri həyata keçirək, qarşılıqlı fayda təmin edərək, ortaq enerji layihələrini həyata keçirməyə çalışaq. Müəyyən iqtisadi məsələləri birgə müzakirə etmək mümkündür. Lakin İran uzun illərdir ki, qarşılıqlı münasibətlərdə çətinliklər yaradır. Xüsusilə 44 günlük müharibədən sonra vəziyyət daha da gərginləşdi, İran hərbi təlimlər keçirdi, Ermənistanı dəstəklədi və.s. Bu hasiələrdən sonra indi İranla münasibətlər normallaşır. Azərbaycan həmçinin digər ən nüfuzlu qlobal oyunçularla da iqtisadi və siyasi əlaqələrə böyük önəm verir. Yəni, hansısa sahədə daha çox uğur əldə etmək üçün xalqlara olan münasibəti artıb. Bu kontekstdə, Çinin, Türkiyənin və digər ölkələrin mövqeləri güclənməkdədir.
Azərbaycan da bu güclərlə hesablaşır və sonuncu Çin səfəri ilə bağlı baş verən hadisələr, həmin marağın artdığını göstərir. Bu, çox az təməl üzərində olsa da, Rusiya ilə olan münasibətlərin normallaşması prosesi diqqət çəkir. Rusiya, Çinlə birlikdə, ölkənin İranla olan əlaqələrinin yaxşılaşmasını gözləmək olar.
Bu nöqtədə, İranın son dövrlərdə azərbaycanlılara qarşı müsbət yanaşması, həmçinin, İranın Azərbaycanla sülhə verdiyi əhəmiyyət göstərir ki, ölkələr arasında münaqişəsiz problemləri həll etmək, həmçinin ortaq iqtisadi və siyasi layihələrə başlamaq mümkündür".
Zeynəb Mustafazadə