Mənim üçün “Olaylar” qəzetinin xüsusi bir yeri var- OLAYLAR-30

Sultan Zahidov,

politoloq

İlk öncə sizi yubiley münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bütün yubileylərinizi bu günkü kimi yüksək səviyyədə, ölkənin adlı-sanlı media platformalarından biri kimi qeyd edəsiniz.

Artıq bir neçə ildir "Olaylar"la əməkdaşlıq edirəm və bu müddət ərzində həmişə professional yanaşmanın, aktual məsələlərin düzgün seçiminin, operativ sualların şahidi olmuşam.

Bugünə kimi "Olaylar" qəzetindən heç vaxt narazılığım olmayıb. Bəzi media qurumlarında müsahibələr gec yerləşdirilir, ya da istənilən formada təqdim olunmur. Amma siz müsahibələri həmişə vaxtında və keyfiyyətli şəkildə yayımlamısınız.

Düşünürəm ki, ölkənin media məkanında bu cür operativ, aktual məsələləri işıqlandıran, mövzulardan xəbərdar olan və professional çalışan jurnalistlərə ehtiyac var. "Olaylar" məhz belə bir media qurumunu təmsil edir.

Bu baxımdan bir daha qəzetinizə fəaliyyətində uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycanın informasiya məkanında beynəlxalq statusunun yüksəldilməsində, eyni zamanda daxili və beynəlxalq auditoriyanın maarifləndirilməsində daha çox fayda və töhfə verə biləsiniz.

Ümid edirəm ki, bu platforma təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də daha çox çıxış əldə edəcək və Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdıracaq. Lazım olsa, mən özüm daxil olmaqla, xarici dildə müsahibə verə biləcək ekspertlər də var.

Digər bütün məsələlərdə də "Olaylar" qəzetindən hər zaman razı qalmışam. Sizin timsalınızda bu media qurumunun operativliyini, professionallığını və mövzuya dərindən bələdliyini həmişə hiss etmişəm.

Ona görə də mənim üçün "Olaylar" qəzetinin xüsusi bir yeri var. Bir daha bütün fəaliyyətinizdə sizə və komandanıza uğurlar arzulayıram.

Təbriklər, bir daha!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31