“Olaylar” qəzeti geniş auditoriyaya malik olan bir nəşrdir- OLAYLAR-30
14:23 SiyasətVüqar Bayramov,
Milli Məclisin deputatı
"Olaylar" qəzeti Azərbaycan mətbuatı tarixində xüsusi yerə malik olmaqla yanaşı, ictimaiyyət tərəfindən sevilən və geniş auditoriyası olan media orqanlarımızdandır. Qəzet mütəmadi olaraq ölkə daxilində baş verən proseslər, həyata keçirilən islahatlar, eyni zamanda regional və qlobal məsələləri obyektiv, qərəzsiz olaraq təqdim edir.
Qəzetin ən böyük üstünlüklərindən biri məhz məlumatların təqdimatı zamanı təhlilə üstünlük verilməsi və obyektiv olaraq prosesləri araşdıraraq təqdim etməsindən ibarətdir. Bu baxımdan təbii ki, "Olaylar" qəzeti geniş auditoriyaya malik olan bir nəşrdir. Mən də bir iqtisadçı alim, bir millət vəkili olaraq daimi bu qəzetlə əməkdaşlıq edirəm və bu əməkdaşlıqdan məmnunam. Xüsusilə qeyd etmək istərdim ki, "Olaylar" qəzeti iqtisadi və sosial sferada baş verənləri dolğun şəkildə, obyektiv olaraq ictimaiyyətə çatdırmasında dəstək nümayiş etdirir. Ona görə, qəzetin rəhbərliyini və bütün əməkdaşlarını təbrik edirəm! Ümid edirəm ki, "Olaylar" bütövlükdə həm Azərbaycan mətbuatındakı güclü mövqeyini qoruyub saxlayacaq, eyni zamanda növbəti illərdə də Azərbaycanda həyata keçirilən sosial iqtisadi islahatlara dəstəyini davam etdirəcək.