Almaniya yeni siyasi nizamda önəmli aktor olmağı planlaşdırır- ÖZƏL

"Almaniyanın gələcək kansleri Fridrix Merz müdafiə və təhlükəsizlik sahəsində ciddi islahatların aparılacağını və ölkəsinin müdafiə imkanlarını inkişaf etdirəcəyini açıqlayıb. O, artıq Almaniyanın qayıtdığını elan edib. İkinci dünya müharibəsindən sonra mövcud beynəlxalq siyasi sistem fiaskoya uğradıqdan sonra Almaniya yeni siyasi nizamda önəmli aktor olmağı planlaşdırır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "İkinci dünya müharibəsində məğlub olan və güclü ordu saxlamaqdan məhrum olan Almaniyanın yenidən siyasi səhnəyə qayitmaqla Avropada əsas hərbi gücə cevrilməsi mümkündür. F. Merzin "Almaniya qayıtdı" ifadəsi ikici dünya müharibəsindən əvvəlki Almaniyanı nəzərdə tutur. Yəni, Almaniya yenidən beynəlxalq aktor olacaq və istədiyi siyasi nizamı diktə edəcək. Həmçinin ABŞ-dan asılılığı aradan qaldıracaq. ABŞ prezidenti D. Trampin prezidentliyə gəlməsində daha çox Almaniya qazandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31