YAP nümayəndələri Türkiyəyə səfər ediblər
10 Aprel 11:10 SiyasətYeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər ediblər. Partiyadan "Olaylar"a daxil olan məlumata görə, YAP nümayəndələri Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirak edəcəklər. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31