Qarabağdan köçmüş ermənilərin pasportunda doğulduğu yer Azərbaycan yazılır- ÖZƏL
10 Aprel 11:00 Siyasət"Ermənistanda Qarabağdan köçmüş ermənilərə ümumvətəndaş pasportları verilir və həmin sənəddə doğulduğu yer Azərbaycan yazılır". "Olaylar" xəbər verir ki, bunu deyən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, bu da etirazlara səbəb olub: "Tələb edilir ki, doğum yeri artsax yazılmalıdır. Əlbəttə absurd tələbdir. Belə pasportla sərhəddi necə keçəcəklər? Pasportu isə məhz xaricə səfər üçün alırlar. Ermənistanın Daxili İşlər Nazirliyi də belə izahat verib: "Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı işarə və ya qeyd sərhəd-keçid məntəqələrində problemlər yarada bilər. Yeni sənədlərin verilməsi zamanı xidmət yalnız beynəlxalq standartlara əsaslanaraq həyata keçirilir"