Ermənistanın Baydenə bağlılığı Trampla münasibətləri kölgədə qoydu– ÖZƏL

"Tramp administrasiyası ilə Ermənistan hakimiyyəti arasında münasibətlərin soyumasının bir neçə əsas səbəbi var.

Birincisi, erməni ekspert Baqaransyan da bir neçə gün əvvəl açıq şəkildə bildirdi ki, Paşinyan hakimiyyəti son illərdə siyasətini tamamilə Bayden və onun administrasiyası üzərində qurub".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Yəni burada söhbət dövlət maraqlarından çox, Demokrat Partiyası ətrafındakı erməni lobbi qüvvələri ilə İrəvan arasındakı münasibətlərə əsaslanan əlaqələrdən gedirdi. Təbii ki, bu səbəbdən də Tramp administrasiyası ilə heç bir əlaqə qurulmamışdı.

Belə olan halda isə Bayden hakimiyyətdən getdikdən sonra Paşinyan hökuməti ilə münasibətlər olduqca zəiflədi.

Digər tərəfdən baxdıqda, bu gün Ermənistandakı ABŞ səfiri Lilit Makunsun gələcək taleyi də qeyri-müəyyəndir. Çox güman ki, ABŞ onu yaxın zamanda geri çağıracaq. Səbəbi isə odur ki, Makuns səfir kimi diplomatik deyil, daha çox siyasi davranış sərgiləyirdi. O, özünü sanki Demokrat Partiyasının regiondakı nümayəndəsi kimi aparırdı.

Buna görə də əgər Tramp onu geri çağıra və yerinə başqa birini təyin edə bilər. Üstəlik, bu, onun diplomatik missiyasının hələ başa çatmadığı bir vaxtda - yəni müddətinin yarısında baş verə bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31