Prezident İlham Əliyev: Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir
9 Aprel 2025 10:17 SiyasətErmənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib: "Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31