Azərbaycan enerji diplomatiyasının yeni dövrünə start verib- ÖZƏL

"Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası, Azərbaycanın enerji diplomatiyasının yeni dövrünü açdı". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimindəki çıxışında Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi önəmi və beynəlxalq əməkdaşlığın mühüm rolunu vurğuladı. "Enerji təhlükəsizliyi, ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir", - deyən dövlətimizin başçısı Azərbaycanın uzunmüddətli enerji tərəfdaşlığına olan bağlılığını ifadə etdi.
Bu tədbirlərdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və yeni enerji layihələrinin icrası müzakirə edildi. Azərbaycanın təbii qaz təchizatının artması yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qaz təchizatının artması Avropa ilə strateji əməkdaşlıq münasibətlərinin inkişafına imkan yaradacaq. Yaşıl enerji layihələri Azərbaycanın enerji siyasətində gələcək strategiyasını formalaşdırır. Azərbaycan həm bərpa olunan enerji mənbələrinə sərmayələr qoyur, həm də ənənəvi enerji şəbəkələrini inkişaf etdirərək gələcəkdə daha dayanıqlı enerji istehsalını təmin edəcək. Avropa ölkələrinin enerji asılılığını azaltmaq və alternativ enerji mənbələrini təmin etmək məqsədilə həyata keçirilən bu layihə Azərbaycan üçün böyük iqtisadi və siyasi faydalar gətirir. Dövlətimizin bu layihəyə verdiyi önəm və Avropa ilə tərəfdaşlıq əlaqələri təkcə iqtisadi deyil, həm də geosiyasi cəhətdən böyük əhəmiyyət kəsb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31