Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən bir Almaniya oldu- ÖZƏL
8 Aprel 10:40 Siyasət"Müsbət məqam ondan ibarətdir ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra, Avropa ölkələri arasında ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən bir də Almaniya oldu". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib: "Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər isə 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyi, 22 sentyabr 1992-ci ildə isə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik əlaqələrin qurulmasından sonra Azərbaycan və Almaniya arasında münasibətlər mütəmadi olaraq inkişaf edib. İndiyə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına 17 dəfə rəsmi və işgüzar səfər edib. İki ölkə arasında 77 sənəd imzalanıb. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanı da əhatə edir. Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 səfəri həyata keçirilmişdir. 18.07.2022-xi il tarixində Almaniya Bundestaqının vitse-prezidenti K. Göring-Ekart Azərbaycana səfəri olmuşdur. 2022-ci ilin fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub".