Biz bu prosesləri hüquqi çərçivədə həyata keçiririk- ÖZƏL
8 Aprel 2025 10:28 Siyasət"Avropa Parlamentı ilk dəfə deyil ki, Azərbaycanla bağlı çox ədalətsiz, qeyri-sağlam bir yanaşma nümayiş etdirir. Azərbaycanda məhkəməsi gedən 23 erməni əsirin taleyi demək olar ki, alver predmetinə çevrilib, onların ətrafında gecə-gündüz interpretasiyalar, spekulasiyalar gedir".
Bu fikirləri politoloq Tofiq Abbasov qeyd edib:
"Britaniya Breqzitdən öz canını Avropadan qutardıqdan sonra burada dövran demək olar ki Fransaya yetişdirildi. Avropa Parlamentındə Fransanın özünün bir cəsus şəbəkəsi, digər tərəfdən onun əlaltıları var.
Onlar vaxtaşırı Azərbaycan və Türkiyəyə qarşı əsaslı ittihamlar bildirirlər, çalışırlar ki, bu iki ölkə ətrafında negativ fon yaratsınlar. Bu çox əbəs bir şeydir. Çünki Azərbaycan dövləti gizli heç bir şey həyata keçirmir. Yəni Azərbaycanda baş verən proseslər, o cümlədən 23 nəfərin məhkəmə prosesi, bunlar hamısı şəffaf tərzdə gedir.
Onların vəkilləri var, onların ifadə vermələri var, artıq etirafları da var, bildirirlər ki, Ermənistan bilavasitə bu proseslərdə iştirak edib. Ermənistan özü bu məsələdən qaçmaq istəyir ki, sonra təzminatdan xilas olsun. Ona görə də indi Avropa Parlamentində erməni lobbiçiləri var. Əsasında fransızlar, ruminlər, almanlar da var. Bunlar çalışırlar ki, Ermənistanı ağa çıxarsınlar ki, guya rəsmi İrəvanın bu proseslərə heç bir aidiyyat olmayıb, sadəcə Azərbaycan ərazilərində o vəhşiliyi törədən guya, Qarabağ ermələrinin qondarma ordusu olub, respublika kimi təşəkkül tapıb və s. 2023-cü il sentyabr hadisələri göstərdi ki, Azərbaycanda 10 mindən bir qədər artıq silahlı dəstə var idi. Bu, Ermənistan vətəndaşları olan quldurlar, hərbiçilər, terrorçular idi və biz əfv edərək bəzilərini buraxdıq. Amma bu 23 nəfər ki qalıb, bunlar Azərbaycan torpaqlarında çoxsaylı cinayətlər törədib. Bu cinayətlər insanlığa qarşıdır, hərbi cinayətlərdir, etnik təmizləmələrdir və s. Bunlar hamısı artıq faktlarla isbat olunub, hər şeyin adı, soyadı cinayətlərin hamısının törədən insanların kordinatları hər biri bəllidir. Avropa Parlamentinin qətnasində də görürük ki, onlar uydurma məlumatları informasiya halında yayırlar ki, guya Azərbaycan bütün bu proseslərdə günahkardır və
İndi baxsınlar, görsünlər, bu adamları biz milli televiziyadan göstəririk, onların üzündə, geyimində hansısa bir narazılıq varmı, ya işgəncələrə məruz qalmış insan təssüratı doğururlarmı? Əlbəttə ki, yox. Çünki Azərbaycan ermənilərdən fərqli olaraq insan cəmiyyətidir. Azərbaycanda insan cəmiyyəti qurulub, ermənistanda adam yeyən cəmiyyətdir. Ona görə Azərbaycanlı əsrlərinin başına itin oyunu gətirirdilər(?), işgəncələr, dəmirdən xaç izini onların bədənində qoyurdular və s. Yəni, onlar özləri vəhşi, vandal olaraq çalışıblar bütün dünyanı inandırsınlar ki, guya onlar sülhpərvər, humanist millətdirlər.
Əslində, humanist, sülhpərvər olan bizik. Bizik ki, bütün dünya qarşında deyirik ki, heç bir şey icad eləmirik. Əgər cinayət varsa, onun cəzası olmalıdır. Cinayətlərin də hamısının adı-soyadı var. Ona görə biz bu prosesləri hüquqi çərçivədə həyata keçiririk.
Bəli, avropalıların ürəyindən keçən o idi ki, Avropadan jurnalistlər gəlsin bu məhkəmə prosesində iştirak etsin, onlarla da vəkilləri gəlsin. Azərbaycandan təmin olunmuş vəkillər guya onların ehtiyaclarını ödəmir. Yəni, böyük yalançı bir canlanma yaradırdılar ki, bu prosesi birinci şişirtsinlər, digər tərəfdən də Dünya Birliyininə diqqətini yönətsinlər ki, guya burada biz əlverişsiz vəziyyət yaratmışıq, onlar böyük sıxıntılara məruz qalıblar və onların səsini heç kəs eşitmir. Bunlar 30 ilə yaxın təkcə Azərbaycanlara qarşı yox, hətta ermənilərə qarşı da qəddarlıq ediblər. Onları işgəncələrlə öldürüblər, razı olmayanları zindanlarda saxlayıblər, demək olar ki insanları ac, susuz çürüdüblər(?). Burada Azərbaycan tərəfinin də istədiyi ondan ibarətdir ki, birincisi, həqiqət tam şəkildə bərpa olunsun, günahkarlar hamısı müəyyən edilsin və onlar da öz cəzalarını çəksinlər.
Bu formada Avropa Parlamenti heç bir şeyə nail olmayacaq. Çünki biz düz yoldayıq, bizim niyyətlərimiz düzdür, safdır. Bəli, torpaqlarımızın 20 faizini dağıdıblar və az qala bəraət qazandırsınlar ki, bunların günahı yoxdur. Bəs bu torpaqları, şəhərləri, gülçiçəklə təmin olunmuş məntəqələrimizi kimlər yerlə-yeksan etdi? Kimlər onları Hiroşimaya döndərdi? Əlbəttə ki, bunlar etdi. Bunların cinayətləri açıq-aşkar görünür. 20% ölkədə demək olar ki, ölü zonaya çevrilmişdi. Zaman ərzində Azərbaycan digər günahkarları da bu prosesə, məsuliyyətə cəlb edəcək. Biz mütləq şəkildə bu işi də məntiqi sonluğa çatdırmalıyıq ki, birincisi, ağ ləkələr qalmasın və digər tərəfdən də cəmiyyət bir daha əmin olsun ki, vəhşiliklə barışmaq olmaz".