İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirilib - FƏRMAN
7 Aprel 19:24 SiyasətPrezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi ilə bağlı fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Olaylar xəbər verir ki, fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişləndirilib.
Belə ki, dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri siyahıya əlavə olunub.
Yeni əlavə olunan xammal və materillar 2027-ci il yanvarın 1-dək qüvvədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31