"Daşnaksütyun" və erməni kilsəsinin birliyi bölgədə gərginliyi artıra bilər- Turab Rzayev - ÖZƏL
17:28 SiyasətEçmiəzdin kilsəsində keçirilən görüşdə "Daşnaksütyun" partiyasının rəhbərliyi ilə Ermənistanın gələcəyi və Azərbaycanla bağlı məsələlər müzakirə edilib. Erməni mediası görüşün təfsilatını açıqlamasa da, kilsənin və daşnakların bir araya gəlməsi, regionda gərginliyi artırmaq məqsədi güddüyünü göstərir. II Qaregin, keçən ay, Ermənistanın "işğal" təhlükəsi ilə üzləşdiyini və xalqın birləşərək mübarizəyə qalxmalı olduğunu bəyan edib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib.
"Erməni kilsəsi həmişə bölgədə katalizator rolunu oynayıb. Millətlərarası düşmənçiliyi qızışdırıb, xüsusilə erməni cəmiyyətinin şovinist, faşist ruhda böyüməsində, türklərə və azərbaycanlılara nifrət etməsində rolu olub. Nəzərə alsaq ki, "daşnaksütyun" partiyası azərbaycanlılar və türklərə qarşı soyqırım törətməklə əsasında şovinist, faşist bir erməni dövləti qurmaq məqsədi ilə yaradılmış bir təşkilatdır. Ona görə də, onların bir araya gəlməsi heç də xeyirli bir gələcək vəd etmir".
Zeynəb Mustafazadə