Zəngəzur dəhlizi əhəmiyyətli bir layihədir- ÖZƏL

Erməni siyasi ekspert Armen Badalyan iddia edir ki, ABŞ artıq Sünikdən (Qərbi Zəngəzurdan) keçən dəhlizdə maraqlı deyil. Onun sözlərinə görə, əvvəlcə Avropa Birliyi və ABŞ Mərkəzi Asiyanın resurslarına sərmayə yatırıb və bu resursların Cənubi Qafqaz vasitəsilə ixracı planlaşdırılıb. Bu səbəbdən "artsax"ın təslim olması dəhlizin açılmasına yol açıb. Lakin  indi  ABŞ üçün daha yaxın və zəngin nadir metal ehtiyatlarına malik Qrenlandiya prioritetə çevrilib.

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi, beynəlxalq rəqabətin mərkəzində yer alaraq, Ermənistanın gələcək iqtisadi və siyasi mövqeyini müəyyən edəcək əhəmiyyətli bir layihədir:
"Zəngəzur dəhlizi sadəcə Avropa və ABŞ-nin  maraqlarında olan bir layihə deyil. Bu həm  Azərbaycanın, həm də Türkiyənin maraqlarındadır. Regionda ümumiyyətlə nəqliyyat-komnukasiya xəttlərinin açılması, həm də Rusiyanın marağındadır. Mərkəzi Asiya dövlətləri də çalışır ki, onların zəngin resursları qərb bazarlarına rahat formada çıxsın. Bunun üçün ən rahat və ucuz yol Azərbaycandan keçir. Ermənistanda hər hansı birinin bir fikir bildirməsi artıq "mütləq" demək deyil. Çünki Ermənistan özü dövlət  kiçik bir dövlətdir, söz haqqı ümumiyyətlə yoxdur, heç milli məsələlərini belə xarici təsirlər olmadan həll edə bilməzkən, Zəngəzur məsələsi kimi beynəlxalq bir tranzit layihədə söz haqqının nə qədər olacağı da ciddi sual altındadır. Mütləq şəkildə Ermənistan bu məsələni uzatmaqda öz havadarlarına güvənir. Bunların sırasına İran və bəzi Qərb dövlətləri daxildir. Amma bunlar da müvəqqətidir. Çünki hər tərəf öz maraqlarını təmin etmək istəyir və Ermənistan tərəfi də tarixən olduğu kimi indi də kiminsə "maşası" rolunu oynamağı çox gözəl bacarır. Öz maraqları qalıb kənarda, hansısa havadarların onlara verdiyi vədlərlə hərəkət edirlər. Armen Badalyanın fikirlərinə baxsaq, bu fikirlər absurddur. Məsələn, bir ölkənin bir neçə alternativ enerjili resursları əldə etmək üçün imkanları var. Resursların çox olmağı heç bir halda zərər deyil. Bütün dövlətlərin, xüsusilə nəhəng dövlətlərin xarici siyasətinə diqqətlə baxanda görürük ki, onlar alternativlər hazırlamaqla, canlı tutmaqla, öz xarici siyasətlərini həyata keçirirlər. Ona görə də, ABŞ-nin  Mərkəzi Asiyanın enerji resurslarına çıxmaq arzuları məncə bitməyib. Ola bilsin ki, Qrenlandiya artıq birincilik təşkil edir. ABŞ təkcə buranı deyil, Çin və Rusiyanın hegemonluq yarışına qoşulmasndan sonra indi  Mərkəzi Asiyanın enerji resurslarına da ehtiyac duyur. Beynəlxalq rəqabət artır, hər kəs hegemonluq yarışına keçir və belə halda ABŞ əlavə alternativlərə üstünlük verəcək. Deyək ki, ABŞ erməni ekspertin dediyi kimi davranacaq. Bəs Çin, İngiltərənin maraqları necə olacaq? 
Rusiyadan gələn marşrut yollarının heç də təhlükəsiz olmadığı bir reallıqda  və ya İrandan keçməsi mümkün olan strateji əhəmiyyətli yoların məhz ordaki rejimin istifadə etdiyi bir rol halına gəlməsi ilə Qərbin maraqlarına uyğun olmadığı bir reallıqda , Çin də , İngilitərə də, Türkiyə də çalışacaq ki, Zəngəzur dəhlizi qısa zamanda açılsın. Belə halda  Ermənistan bir və ya bir neçə dövlətə arxayın olaraq sadaladığım bu qədər dövlətlə düşmən olmağı seçməyəcək. Onların  havadarları ilə münasibətləri indi də yaxşı deyil. Bütün bunlar  sadəcə erməni tərəfinin layihədə öz məqsədləri üçün daha çoxunu əldə etmək istəklərindən gəlir. Yəni bir mesaj verirlər ki, biz istəsək yolu açmarıq , nazımızla oynayın və.s. Amma hər halda Azərbaycan və digər dövlətlər bunu başa düşməyəcək qədər sadə  dövlətlər deyil. Ermənistan tərəfi ona verilən ən gözəl fürsətə sahibdir. Çünki Zəngəzur dəhlizinin   açılması elə Ermənistan iqtisadiyyatının Rusiya təsirindən qurtulmağının bir yolu olacaq. "

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31