Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib
17:10 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
Olaylar.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Fatih Birola "Dostluq" ordenini təqdim etdi.
Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Prezident İlham Əliyev Fatih Birola ölkəmizlə həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Fatih Birol da öz növbəsində "Dostluq" ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu dedi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31