MDB PA-nın daimi komissiyasının onlayn iclası keçirilib
16:59 SiyasətMartın 13-də Müstəqil Dövlət Birliyinin Parlament Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini MixailZabelin iclasda iştirak edib.
Tədbirdə "Radioaktiv tullantılarla rəftar haqqında", "İstixana qazlarının emissiyasının məhdudlaşdırılması haqqında", "Torpaq idarəçiliyi haqqında" və digər model qanun layihələrinə dair müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31