Ermənistan sülh sazişi ilə bağlı açıq qalan iki maddə üzrə Azərbaycanın təkliflərini qəbul edib - XİN rəhbəri
15:52 SiyasətErmənistan sülh sazişi ilə bağlı açıq qalan iki maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb", - o bildirib.
Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:
"Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər techizatlarının da ləğv olunması vacib amildir".