Avropa İttifaqının siyasəti barış missiyasına xidmət etmir- Tural İsmayılov- ÖZƏL

Avropa Komissiyasının sədri Ursula fon der Leyen "Avropanı Silahlandırmaq" proqramı çərçivəsində 150 milyard avroluq yeni kredit mexanizmi təklif edib. Bu proqram  Avropa İttifaqı ölkələrinin müdafiə xərclərini artırmasına və Ukraynaya hərbi təchizatları daha sürətli təmin etməsinə imkan verəcək. Təklif 6 martda keçiriləcək Aİ sammiti ərəfəsində irəli sürülüb. Proqram çərçivəsində ümumilikdə 800 milyard avro vəsaitin toplanması hədəflənir.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a   bildirib ki, Avropa İttifaqının siyasəti münaqişələrin həlli yerinə, bölgədəki gərginliyin artmasına səbəb ola bilər:
"Bu gün Avropa İttifaqının həyata keçirdiyi siyasət  Amerika Birləşmiş Ştatları ilə ziddir. Avropa İttifaqı tərəfindən atılan addımlar, ziddiyyətli fondların yaradılması dünyada ciddi şəkildə müzakirə edilir. Bir tərəfdən Avropa İttifaqı həm sülh fondu yaradır, digər tərəfdən silahlandırma fondu adı altında maliyyə toplamağa çalışır. Əlbəttə ki, Avropanı silahlandırmaq planının əsas məqsədi Ukraynaya yardım etməkdir. Hesab edirəm ki, bura yığılan vəsait təkcə Ukraynaya xərclənməyəcək. Eyni zamanda Baltikyanı ölkələrə yardımların ayrılması məsələsi də bu fondun əsas fəaliyyət missiyalarını əhatə edəcək. Xüsusilə Polşa, Latviya, Litva kimi ölkələr Rusiyanın artan təzyiqlərindən ciddi formada narazılıqlarını bidirirlər. Təbii ki,  Rusiyadan ola biləcək istənilən hücum prosesinin qarşısını almaq üçün onlar yeni maliyyə tirajlarını əldə etməyə çalışırlar. Bu baxımdan silahlandırma fondu nəticəsində ola bilsin ki , Ukrayna da daxil olmaqla Şərqi Avropanın bir sıra ölkələrinə təkcə hərbi sənayə məhsulları alınıb verilməyəcək. Düşünürəm ki, onların özünün silah almağı üçün birbaşa maliyyə transferləri və ya yığılan pullardan yardımın ayırlması da priotitet ola bilər. Bütövlükdə bu gün, təəssüf ki, Avropa İttifaqının bölgələrə, münaqişələrə yanaşması çox da barış missiyasına xidmət etmir. Biz bu tendensiyanı ciddi formada izləyirik. Əsasən ölkələrarası problemlərə, bölgələrdəki konfliktoloji vəziyyətlərin daha da gərginləşdirilməsinə xidmət edən addımlar atılır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31