Bir necə ölkədən asılılıq Ermənistana nə vəd edir?

"Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-də Atlantik Şurada çıxış edərkən  səsləndirdiyi fikrə diqqət edin: "Müstəqilliyin səviyyəsini yüksəltməyin düsturunun nədən ibarət olduğunu düşünəndə belə qənaətə gəldik ki, bu, daha az sayda ölkədən asılılığı daha çox sayda ölkədən asılılıqla əvəz etmək deməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyev bildirib ki, biz Ermənistanın indiki hakimiyyətinin sələflərlərindən fərqinin  bir böyük dövlətdənsə bir neçəsinə forpostluğa  üstünlük verməsində olduğunu bildirəndə, bəlkə də, bu, bəzilərinə qərəzli təsir bağışlayırdı. İndi qoy onlar buyurub  Paşinyanın "müstəqlillik düsturu"yla tanış olsunlar: "Amma məsələ burasındadır ki,  bir neçə dövlətdən asılılıq nəinki Ermənistanın müstəqilliyini artırasıdır, əksinə oranı asılı olduqlarının həm bir-birilərinə, həm də hədəf gözündə gördüklərinə qarşı plasdarımına çevirəsdir ki, bu da haylara "xoşbəxt gələcək" vəd etmir. 
Yeri gəlmişkən, həm də səfir  Mehdi Sübhaninin İrəvandakı ötən həftəki açıqlamasından belə görünür ki, paşinyanların əlaltısı olmaqla  müstəqilliklərini artıracaqlarını düşündüklərindən biri də elə İrandır. Sözü gedən açıqlamada "Ermənistanla uzunmüddətli hərtərəfli strateji tərəfdaşlığa dair  sənəd" üzərində işlənildiyindən və yaxın vaxtlarda onun imzalanacağından dəm vurulurdu.  Hərtərəfli tərəfdaşlıq deyiləndə ilk növbədə nəyin nəzərdə tutulduğunu bilmək üçünsə elə Sübhanin6n o sözləri deməsindən bir gün sonra Ermənistanın İrandakı səfiri Qriqor Hakopyanın Tehranda kiminlə görüşdüyünə və görüşdüyünün nə dediyinə diqqət etmək kifayətdir. Hakopyan məqsədləri "Ermənistanın torpaq bütünlüyünü və regionda geosiyasi balansı qoruyub saxlamaq" olduğunu bildirən İran Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin müavini Məhəmməd Əhədi ilə görüşmüşdü".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31