Prezident İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqlədi
10 Fevral 2025 15:56 SiyasətPrezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bu il Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat, Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31