Azərbaycan Rusiya üçün vacib tranzitdir: La Gazette du Caucase Şimal-Cənub dəhlizi haqda
10 Fevral 11:55 SiyasətAzərbaycan Rusiyanın iqtisadi strategiyasında, xüsusilə ticarət və tranzit məsələlərində getdikcə daha vacib rol oynayır.
Olaylar.az xəbər verir ki, bu barədə Fransanın "La Gazette du Caucase" onlayn nəşrində məqalə dərc olunub.
Məqalədə Rusiyanın iqtisadi və geosiyası hesablamalarındakı, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi kontekstində artan əhəmiyyəti vurğulanıb. Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizi Rusiya, İran və İran körfəzi ölkələri arasında ticarət üçün əsas marşrut kimi qeyd olunub.
Məqalədə o da qeyd olunur ki, bu dəhliz Rusiya ticarəti üçün mühüm alternativə çevrilib, çünki ölkə Qərbin sanksiyaları səbəbindən ənənəvi dəniz marşrutlarında məhdudiyyətlərlə üzləşir. "La Gazette du Caucase" yazır ki, "Dəhliz Rusiyanın Qərbin sanksiyaları fonunda getdikcə daha düşməncəsinə olmuş ənənəvi ticarət marşrutlarından yan keçməsinə imkan verir.
Rusiya üçün Azərbaycan sadəcə tranzit qovşağı deyil, həm də "əsas bazarlara çıxışı təmin edən həyati əhəmiyyətli tərəfdaşdır". Bu dəhliz rus mallarının o cümlədən, "enerjiresurları, avadanlıq və xammalın" İrana və Yaxın Şərq regionuna tədarükünü təmin edir və onu regionun ən vacib bazarlarına çıxışı baxımından xilasedici bir halqaya çevirir.
Bununla yanaşı, nəşr xəbərdarlıq edir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanması ciddi fəsadlara yol aça bilər.
"İki ölkə arasında münasibətlər pisləşsə, Rusiya iqtisadiyyatı bunun ağır fəsadlarını hiss edəcək, xüsusilə ən vacib ticarət marşrutlarına çıxış, enerjidaşıyıcılarının tədarükü və regionda geosiyasi təsirlər nöqteyi-nəzərindən", - məqalədə qeyd olunur.
La Gazette du Caucase həmçinin qeyd edir ki, "əgər Azərbaycan Rusiyanın nəqliyyat infrastrukturundan istifadə imkanlarını azaltsa və ya bloklasa, Rusiya ilə İran arasındakı ticarət axını ciddi şəkildə pozulacaq". Bu isə Moskvanı "daha bahalı və daha az səmərəli alternativlər" axtarmağa məcbur edəcək ki, bu da xərclərin artımına və iqtisadi inkişafın ləngiməsinə gətirib çıxaracaq.
Bundan əlavə, münasibətlərin pisləşməsi Rusiyanın regiondakı mövqelərini zəiflədə bilər.
"Rusiyanın Cənubi Qafqazdakı mövqeləri sarsılacaq və bu, Qərb və Çin də daxil olmaqla, digər qlobal güclərin təsirinin artması üçün imkanlar açacaq", - nəşr qeyd edir. Azərbaycanın nəqliyyat marşrutlarına məhdud çıxış Rusiyanı "daha uzun, bahalı və etibarsız" alternativlərdən istifadə etməyə vadar edəcək ki, bu da gələcəkdə Rusiyanın ixracını "beynəlxalq bazarda daha az rəqabətədavamlı" edəcək.
Məqalədə eyni zamanda, Azərbaycanın Rusiya və regionun digər oyunçuları, məsələn Qazaxıstan və Türkmənistanla birləşdirən zəncir kimi oynadığı rol vurğulanır. Bakı ilə əlaqələrin zəifləməsi Moskvanın regionda strateji təsirini itirməsinə səbəb ola bilər.
"La Gazette du Caucase" Şimal-Cənub dəhlizini sıradan bir tranzit marşrutu kimi yox, "enerjidaşıyıcılarının ixracı üçün əsas kanal və geosiyasi təsir baxımından strateji aktiv" kimi nəzərdən keçirir. Nəşr məqaləni xəbərdarlıqla yekunlaşdırır:
"Rusiya Azərbaycanla münasibətlərə xələl gətirsə və əlaqələri kəssə, bunun iqtisadi fəsadlarını dərhal və ciddi şəkildə hiss edəcək".