“Mən Nikolay Valuyevin Duma adlandırılan yerdə əyləşməsinə təəccüblənirəm”- ÖZƏL

"Mən ağılı və intellekti ölkəsinin ədaləti qədər olan Nikolay Valuyevin nə Duma adlandırılan  yerdə əyləşməsinə, nə də soydaşlarımız haqda şovinist sərsəmləməsinə təəccüblənirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Çünki  Azərbaycanın sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra Rusiyanın bütövlükdə dövlət olaraq atdığı addımları saf-çürük edərək personlaşdıranda göz önünə elə Valuyev gəlir.
"Gücün varsa, ağıla ehtiyac yoxdur" məntiqi ilə çıxış etmələrinin nəticəsidir ki, bu gün dörd bir yanlarındakıların az qala hamısını ya düşmənə çeviriblər, ya da qarşıdurmadadırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31