USAID yardım adı altında ayrı-ayrı ölkələrdə xaos yaradıb

"Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur, lakin əfsuslar olsun ki, ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizə qarşı total hücumlar səngimir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir. Səbəb də bəllidir. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır.
USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Lakin bu iddiaların əksinə olaraq, USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31