Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nin elan mühüm tarixi əhəmiyyətə malikdir
8 Fevral 14:00 Siyasət"Prezident İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Mühüm tarixi əhəmiyyətə malik olan bu Sərəncam Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyanın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq". "Olaylar" xəbər erir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğu və tərəqqisini təmin edən başlıca prinsiplərdir. Hər iki amil təkcə dövlətin hüquqi, iqtisadi-siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Severenlik İli" elan edilməsi bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə hesablanmış strateji mahiyyətini müəyyən etmək üçün yeni vəzifə və öhdəliklər tələb kimi qarşıya qoyulur. Beləliklə, Konstitusiya dövlətin ali qanunudur, hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təsbit edir, vətəndaşların hüquq və azadlıqlarını elan edir və onları qoruyur".