Azərbaycan USAID-in fəaliyyətinə qadağa qoymaqla dövlətimizi təhlükələrdən qorudu

"Bilavasitə Sorosun təlimatları əsasında fəaliyyət göstərən ermənipərəst Samanta Pauer zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı sırf düşmənçilik mövqeyini nümayiş etdirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Məlumdur ki, Samanta Pauer nəinki ABŞ-da, ümumiyyətlə bütün dünyada qatı antitürk kimi tanınır. O, qondarma erməni soyqırımının ABŞ tərəfindən tanınmasının əsas lobbiçilərindən biri, hətta birincisi idi. Əbəs deyil ki, Samanta Pauer Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı 44 günlük müharibə zamanı dəfələrlə Azərbaycan xalqını, ümumilikdə isə Türk dünyasını təhqirlərə məruz qoyurdu. Və biz Azərbaycan torpaqlarının 30 illik işğala məruz qaldığı dövrlərdəki fəaliyyətlərini də buraya əlavə etsək bu zaman adıçəkilən fərdin ermənidən artıq erməni olduğunu əminliklə vurğulaya bilərik. Əslində, USAID-in bu cür qərəzli mövqeyi gözlənilən idi. Birinci dəfə deyil ki, ölkəmiz bu təşkilatla belə xoşagəlməz münasibətlə üzləşir. Bu, Azərbaycana qarşı açıq qərəzli münasibətdən xəbər verir. Azərbaycana qarşı qərəzli mövqe dövlətimizin müstəqil siyasət həyata keçirməsini, regionda yeni reallıqlar yaratmasını adıçəkilən təşkilatın həzm edə bilməməsindən qaynaqlanan boş hay-küydən başqa bir şey deyil. Bu baxımdan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır. Çünki Azərbaycan USAID-in fəaliyyətinə qadağa qoymaqla dövlətimizi təhlükələrdən qorudu.  Bu gün ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti, qətiyyəti ilə ayaqda möhkəm dayanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31