Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, çoxlu sayda insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ürəkağrıdan hadisə ilə əlaqədar kədər və hüznümü bölüşür, Sizə və Azərbaycan xalqına, həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Uca Allahdan mərhumların ruhuna rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayıram.

Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

14:40

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, 2018-2024-cü illərdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Maimuna Mohd Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Dekabrın 25-də çoxlu sayda insanın həyatına son qoyan dəhşətli təyyarə qəzası ilə əlaqədar Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bu faciəli hadisə Kuala-Lumpur əhalisini qəlbən sarsıtdı. Biz bu hüznlü və kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyik. Faciə zamanı həlak olanların ruhları şah olsun, onların ailələrinə səbir diləyir, yaralananların tezliklə şəfa tapmaları üçün dua edirik.

Sizinlə birlikdə kədərlənirik və həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik.

Zati-aliləri, Kuala Lumpur əhalisinin və şəxsən mənim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm".

XXX

14:39

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Olaylar AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri, Qardaşımız İlham Əliyev.

Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.

Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31