Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planlar alt-üst oldu- ÖZƏL

"Rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə 10 noyabr Bəyanatı ilə son qoyuldu. Həmçinin, Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları da alt-üst oldu. "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Regionda yeni siyasi reallıq yarandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan bu rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31