“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını başa vurub

"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə hüquqi yardımların göstərilməsi" adlı layihəsinə yekun vurmuşdur. Ödənişsiz hüquqi xidmətdən yararlanmaq istəyən şəxslər layihənin icrasına cəlb olunan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədova müraciət etmişlər.

Layihənin icrası çərçivəsində 26 nəfər şəxsə ofis şəraitində hüquqi xidmət göstərilmiş, onlardan 11 nəfər şəxs üçün iddia ərizəsi hazırlanmış, 3 nəfər şəxs üçün apellyasiya şikayəti hazırlanmış, 1 nəfər şəxs üçün kassasiya şikayəti hazırlanmış, 11 nəfər şəxs üçün isə müvafiq dövlət orqanlarına ərizələr hazırlanmışdır. Bundan əlavə, 7 nəfər şəxsə isə onlayn qaydada (whatsApp, facebook və sosial şəbəkələr vasitəsilə) ödənişsiz hüquqi konsultasiya xidməti göstərilmişdir. 

Layihənin davamlılığını təmin etmək məqsədilə layihədən faydalanmaq istəyən şəxslər facebook (pulsuz hüquqi xidmət) və instagram (pulsuz huquqi xidmət) sosial şəbəkələri vasitəsilə və ya qaynar xətt formatında yaradılmış (050) 794-34-80 whatsApp / mobil nömrəsi aktiv olacaqdır. Belə ki, həssas qrupun üzvləri layihə yekunlaşdığı halda belə layihədən fayadalana biləcəklər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31