Prezident İlham Əliyev: Slovakiya ilə əlaqələr dinamik inkişaf yolundadır
1 Sentyabr 2024 11:26 SiyasətBu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır.
Olaylar xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə bu ölkənin milli bayramı - Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Enerji sahəsində səmərəli birgə fəaliyyətin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edən Azərbaycan Prezidenti bildirib: "İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31